• çərşənbə axşamı, 19 mart, 13:35
  • Baku Bakı 8°C

Əməkdar artist Timur Əsgərov şahzadə Dezire obrazını canlandıracaq

18.08.19 11:15 8915
Əməkdar artist Timur Əsgərov şahzadə Dezire obrazını canlandıracaq
Noyabrın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin "Yatmış gözəl” baleti nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində şahzadə Dezire obrazını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
Tamaşanın Mariya Teatrında premyerası 1890-cı ildə Marius Petipanın xoreoqrafiyasında olub.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
banner

Oxşar Xəbərlər