• cümə, 19 Aprel, 18:21
  • Baku Bakı 24°C

Əməkdar artist Telman Əliyev vəfat edib

04.07.17 11:55 4952
Əməkdar artist Telman Əliyev vəfat edib
Əməkdar artist Telman Əliyev vəfat edib.
Bu barədəAPA-ya açıqlamasında Telman Əliyevin tələbəsi Eleanora Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, T. Əliyev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.
"Bir aktyorun teatrı” (Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarında, "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərində çəkilib.
banner

Oxşar Xəbərlər