• cümə, 19 Aprel, 14:46
  • Baku Bakı 25°C

Əməkdar artist tanınmaz hala düşdü - Fotolar

04.07.14 14:47 2307
Əməkdar artist tanınmaz hala düşdü - Fotolar
“Kaspi qlobal” prodakşnın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişinin ötən həftəki qonağı əməkdar artist Salman Qaraçöplü olub. Həmin verilişdə aktyorun performansı tamaşaçılarda təəccüb doğurub.
Kaspi.az-ın məlumatına görə, ötən həftə Salman Qaraçöplü həmin layihədə Rusiyanın əməkdar artisti Qriqori Lepsin “Рюмка водки на столе” mahnısını ifa edib.
Qriqori Lepsin obrazını yaradan Salman Bayramov bizimlə söhbətində layihədə iştirak etmək üçün təklif aldıqda belə bir obraz canlandıracağını gözləmədiyini dedi: “Leps qəliz bir müğənnidir. Onun spesifik səsi var. Konkret bir çərçivəyə salıb demək olmur ki, o bu şəkildə ifa edir. Onun səsini bənzətmək həddindən artıq çətin idi. Aktyor üçün hər təzə obrazın iç dünyasını oynamaq maraqlıdır. Lepsin obazrını yaratamaq mənim üçün çox asan oldu, çünki bu mənim işimdir. Ancaq səs başqa bir şeydir. Bunu nə geymək, nə də canlandırmaq olmur. Ona görə də bir az həyəcan keçirdim”.
Yaradıcı heyətin peşəkarlığından ağız dolusu danışan aktyor, bizə öz şikayətini də bildirdi: “Yaradıcı heyət yayın bu qızmar günündə, çöldə 45 dərəcə istidə mənə palto, şərf, əlcək geyindirdilər. Dedilər ki, belə olmalıdır. Əslində bu bir zarafatdır. “Alma almaya bənzər” verilişinin yaradıcı heyəti ilə işləmək mənə çox maraqlı oldu”.
Qeyd edək ki, verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Sənan Əlləz, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı Ətrabə Babayeva, operatoru isə Ruslan Ağazadədir.
Xəyalə RəisFotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər