• cümə, 19 Aprel, 00:36
  • Baku Bakı 18°C

Əməkdar Artist Nərgiz Əliyarova Nyu-Yorkda çıxış edəcək

26.01.19 10:23 817
Əməkdar Artist Nərgiz Əliyarova Nyu-Yorkda çıxış edəcək
Tanınmış pianoçu, Əməkdar artist, professor, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova fevralın 17-də Nyu-Yorkun Müqəddəs Mark kilsəsində (Saint Mark's Church) keçiriləcək konsertdə çıxış edəcək. Konsertdə Afroamerika bəstəkarlarının əsərləri səsləndiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat musiqiçinin saytında yer alıb. Konsertdə, həmçinin Gizem Yucel (skripka), Şenika Con Cordan (soprano) və Sterlinq Elliot (violonçel) çıxış edəcəklər.
banner

Oxşar Xəbərlər