• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

Əməkdar artist Mehriban Xanlarovanın dili tutuldu

10.01.14 15:13 1572
Əməkdar artist Mehriban Xanlarovanın dili tutuldu
Axşam.az-ın məlumatına görə, aktrisanın səhhətində ciddi problem yaranıb və o artıq danışa bilmir.
ATV telekanalında yayımlanan “Ümid var” verilişinin canlı telefonla ünsiyyət qurmağa çalışdığı M.Xanlarova “hə, aha” sözlərindən başqa ifadə işlədə bilməyib. Aparıcı Zaur Baxşəliyev aktrisanın səhhətini öyrənməyə çalışsa da, bu alınmayıb.
M.Xanlarovanın qardaşı Sahib Xanlarovla əlaqə saxlayıb məlumat aldıq. S.Xanlarov aktrisanın həkim nəzarətində olduğunu bildirib:
“Mehriban xanımın səhhətində soyuqdəymədən belə bir problem yaranıb. Danışa bilmir. Hazırda həkim nəzarətindədir. Boğazını yuyurlar, bir çox dərmanlar edirlər. Həkim danışmağa icazə vermir. Amma tezliklə sağalacağını deyiblər”.
banner

Oxşar Xəbərlər