AZE | RUS | ENG |

Əmək pensiyalarının artımı gözlənilir

Əmək pensiyalarının artımı gözlənilir
"Artım DSMF-nin cari ilin yekunları üzrə gəlirlərinin nə qədər artacağından asılı olacaq"

Gələn il Azərbaycanda əmək pensiyalarının həcminin artımı gözlənilir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

"Gələn il yanvarın 1-dən 2012-ci ilin inflyasiyasına uyğun olaraq pensiyaların sığorta hissəsi indeksləşdiriləcək. Bu gün baş verən proseslər göstərir ki, sosial sığorta üzər ödənişlərin həcmi dinamik artır. Bu, pensiyaların baza hissəsinin maliyyə mənbələrinin formalaşdırılması üçün zəmanət yaradır və bu, 2013-cü ildə pensiyaların baza hissəsinin artması haqqında danışmağa əsas verir", - Müslümov qeyd edib.

Hazırda pensiyanın baza hissəsi 85 manatdır.

"Artım DSMF-nin cari ilin yekunları üzrə gəlirlərinin nə qədər artacağından asılı olacaq" , - Fond sədri vurğulayıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946