• cümə axşamı, 25 aprel, 09:33
  • Baku Bakı 14°C

Əmək müqaviləsi əsasında çalışanların sayı 1,4 mln. nəfəri keçib

19.12.18 15:22 475
Əmək müqaviləsi əsasında çalışanların sayı 1,4 mln. nəfəri keçib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı öz işinə başlayıb. Qurultayda iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Qurultayın açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin müasir yanaşmalar, milli iqtisadi prioritetlər əsasında ölkədə innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərin qazanılmasına imkan verdiyini vurğulayıb.
O, ASK-nın nümayəndələrinin də təmsil olunduğu Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti çəçivəsində birgə səylərin aparılan islahatlarda işəgötürənlərin və işçilərin hüquq və mənafelərinin bərabər şəkildə təmin olunmasına zəmin yaratdığını deyib.
S.Babayev dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramına cari ildə artıq 7737 nəfərin cəlb edildiyini, onlardan 7300 nəfərin artıq biznes-planlarını müdafiə etdiklərini bildirib. O diqqətə çatdırıb ki, gələn ildən məşğulluq mərkəzləri tərəfindən göndərişlə işə qəbul olunmuş şəxslərin əməkhaqlarının subsidiyalaşdırılmasına başlanacaq. Bu da aktiv məşğulluğu təmin etməklə yanaşı, işəgötürənlərin əmək haqlarına çəkilən xərclərinin azalmasına xidmət edəcək.
Əmək bazarında qeyri-formal məşğulluq hallarının mövcud olduğunu bildirən S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısı tərəfindən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılaraq, "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.
Nazir görülmüş tədbirlər nəticəsində cari ildə əmək müqaviləsi əsasında çalışanların sayının 100 min nəfər artaraq, 1,4 mln. nəfəri keçdiyini bildirib. S.Babayev vurğulayıb ki, qeyri-formal məşğulluq hallarının tam şəkildə aradan qaldırılması üçün sosial tərəfdaşlarla birgə zəruri tədbirlər davam etdirilməli, işgötürənlər isə öz növbəsində sosial məsuliyyəti artıraraq, əmək qanunvericiliyinə tam şəkildə əməl etməklə nümunəvi fəaliyyət göstərməlidirlər.
banner

Oxşar Xəbərlər