• cümə axşamı, 28 mart, 23:23
  • Baku Bakı 13°C

"Əmək haqqlarının artırılması növbəti tarixi və inqilabi addımdır"

19.06.19 13:37 517
"Əmək haqqlarının artırılması növbəti tarixi və inqilabi addımdır"
"Prezident İlham Əliyevin bir gün ərzində 17-yə yaxın sosial istiqamətdə sərəncam imzalaması və bu sənədlərə əsasən ölkəmizdə maaşların və minimum aylıq əmək haqqının artırılması tarixi və inqilabi addımdır”. Bu fikirləriSİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O bildirib ki, dövlət başçısı tərəfindən imzalanan sənədlər dövlətimizin və Prezidentimizin Azərbaycan insanına, ölkə vətəndaşına verdiyi yüksək dəyərin əyani göstəricisidir: "Özünüz də şahidsiniz ki, ölkə prezidentinin 16 illik hakimiyyəti dövründə, xüsusilə də 2018-ci ildə keçirilən prezident seçkilərindən ötən 15 ay ərzində ölkəmizdə atılan addımların hər biri tarixi və inqilabi xarakter daşıyır. Azərbaycan bu gün inkişafının, tərəqqisinin və islahatlar prosesinin yeni mərhələsini, yeni dalğasını yaşayır. Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf və islahatlar aparılmasın”.
K. Əliyeva söyləyib ki, Azərbaycanda islahatların daha da genişləndirilməsi və dərinləşməsi ölkə əhalisinin sosial müdafiəsinin, rifah halının daha da yaxşılaşdırılmasına bir başa təsir edir: "Çünki bunlar paralel proseslərdir. Xatırladım ki, ölkə prezidenti son çıxışlarında da bildirmişdi ki, islahatlar prosesi davamlı olacaq, minimum əməkhaqqı, maaşlar, pensiyalar artacaq. Belə olan halda ötən gün imzalanan tarixi sərəncamlar həmin sözlərin, bəyanatların konkret əməli addımlar olduğunu bir daha sübuta yetirdi”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti indiyə kimi verdiyi bütün vədləri yerinə yetirib: "Təbii ki, bu addımlar bununla yekunlaşmayacaq. Biz qarşıdakı mərhələdə də bu cür mühüm addımların şahidi olacağıq”.
banner

Oxşar Xəbərlər