• cümə, 19 Aprel, 23:24
  • Baku Bakı 24°C

"Əmək haqqlarının artımı həm də iqtisadi aktivliyi artırıcaq"

19.06.19 12:37 418
"Əmək haqqlarının artımı həm də iqtisadi aktivliyi artırıcaq"
"Prezident İlham Əliyevin 18 iyun tarixli sərəncamları ilə ilin əvvəlindən elan edilən sosial paketin yeni mərhələsi başladıldı. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faizinin artırılmasını nəzərdə tutur”. Bu fikirləriSİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, imzalanan növbəti sosial paket nəticəsində minimum əmək haqqlarının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır.
Onun sözlərinə görə, minimum əmək haqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək.
Digər tərəfdən dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların və digələrinin əmək haqqlarının 20-40 faiz həcmində artırılmasının insanların maddi rifah halına mühüm dəstək olacağını deyən E. Səlimov vurğulayıb ki, bununla yanaşı, ölkədə inflylasiyanın səviyyəsinin çox aşağı olması (2.3%) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər nəticəsində əmək haqqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq: "Dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əmək haqqlarının artımı həm də iqtisadi aktivliyi artırıcaqdır. Hesab edirəm ki, son sərəncamlar ilə ölkə prezidenti bir daha Azərbaycan vətəndaşının yanında, onun sosial-iqtisadi durumunun, güzəranın yaxşılaşmasında maraqlı olduğunu göstərdi. 18 iyun tarixində imzalanan sərəncamlar Azərbaycan əhalisinin, ölkə vətəndaşlarının önəmli bir təbəqəsinin və hissəsinin sosial-rifah halının yaxşılaşmasına mütləq şəkildə öz müsbət təsirini göstərəcək. Çünki, bu sənədlər tarixi və inqilabi sərəncamlardır. Onların hər biri birbaşa ölkə vətəndaşlarının, Azərbaycan əhalisinin rifahına, həyat şəraitinin, güzəranının yaxşılaşmasına yönəlmiş addımlardır. İnkişaf, tərəqqi edən, çiçəklənən Azərbaycanımıza da məhz bunlar yaraşır”.
E. Səlimov əlavə edib ki, inkişaf, tərəqqi, çiçəklənmə birtərəfli ola bilməz, bunlar ilk növbədə həmin ölkənin sütünları, dayaqları sayılan insanların həyatında, yaşayışında özündə göstərməlidir: "Azərbaycanda da məhz belədir, bunlar qoşa qanad kimi birlikdə addımlayır, həm ölkəmiz, iqtisadiyyatımız inkişaf edir, həm də insanlarımızın həyat şəraiti, güzəranı yaxşılaşır. Hesab edirəm ki, bunlar sonuncu olmayacaq, indiyə qədər olduğu kimi, bundan sonra da bu addımlar, bu artımlar davamlı xarakter daşıyacaq”.
banner

Oxşar Xəbərlər