AZE | RUS | ENG |


Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi kadr siyasətini MBNP ilə razılaşdıracaq

Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi kadr siyasətini MBNP ilə razılaşdıracaq
Prezident İlham Əliyev"Əmanətlərin sığortalanması haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanunu təsdiqləyib.
 
"APA-Economics" xəbər verir ki, qanun layihəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının (Maliyyə Bazarlarına Nəzarət Palatası - red.) nümayəndələrinin sayı azaldılacaq, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı isə artırılacaq. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında MBNP-nin bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunacaq.
 
Bunadək qüvvədə olan qanunvericiliyə əsasən, Fondun Himayəçilik Şurasında MBNP-nin iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunur.
 
Əlavə edək ki, indiyədək Fondun Himayəçilik Şurası öz səlahiyyətlərini müstəqil həyata keçirib. Ölkə başçısı tərəfindən qanunun təsdiqlənməsi ilə Fond bunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı olacaq.
 
Əgər indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru və onun müavini Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilirdisə, bundan sonra bu vəzifəyə təyinat və azadolma müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008