• cümə axşamı, 28 mart, 13:19
  • Baku Bakı 16°C

Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq kreditə dövlət zəmanəti verilib

30.07.16 19:25 1287
Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq kreditə dövlət zəmanəti verilib
Bu gün Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "APA-Ecoonmics"ə verilən məlumata görə, iclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bankı tərəfindən ayrılacaq 100 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.

Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti "Əmanətlərin sığortalanması haqqında" qanunun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan prezidentinin 2016-cı il 01 mart tarixli 812 nömrəli fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş 4 bankın - "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank" ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.

Maliyyə Nazirliyinin kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 100 mln. manat məbləğində kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.
banner

Oxşar Xəbərlər