• cümə axşamı, 28 mart, 13:55
  • Baku Bakı 16°C

Elxan Poluxov və Lətif Qəndilov geri çağırılıb

27.10.16 19:15 1327
Elxan Poluxov və Lətif Qəndilov geri çağırılıb
Elxan Poluxov Azərbaycanın Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentiİlham Əliyevmüvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Lətif Qəndilov Azərbaycanın Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
banner

Oxşar Xəbərlər