Elxan Məmmədov UEFA prezidenti ilə görüşəcək

Elxan Məmmədov UEFA prezidenti ilə görüşəcək

İdman
25 Yanvar 2017, 13:30 670
Bu gündən etibarən İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində dəyirmi masa keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbirə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis rəhbərlik edəcək.
 
Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Hollandiya, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələrinin qatılacağı tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev təmsil edəcəklər.
 
Qeyd edək ki, tədbir sabah başa çatacaq.