• çərşənbə, 24 Aprel, 11:53
  • Baku Bakı 13°C

Elton Məmmədovdan avtoyarış videosuna sərt reaksiya

21.04.14 15:50 1330
Elton Məmmədovdan avtoyarış videosuna sərt reaksiya
Millət vəkili Elton Məmmədov oğluna məxsus olduğu iddia edilən avtomobilin Bakıda yüksək sürətlə hərəkət etməsi və avto-yarışa çıxması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən E.Məmmədov bildirib ki, həmin videodakı avtomobillərin ona və övladlarına heç bir aidiyyatı yoxdur: “Bunlar hamısı yalandır, iftiradır, şantajdır”.
Qeyd edək ki, bu gün virtualaz.org saytı dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şosesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən videokadrları yayıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi “Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). Xəbərdə bildirilir ki, “100” seriyalı “Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib.
O da qeyd edilib ki, həmin videokadrlar yeni deyil və 2012-ci ilin mayında çəkilib.
banner

Oxşar Xəbərlər