• cümə, 26 Aprel, 04:48
  • Baku Bakı 16°C

Elton Con Putinlə görüşə hazırlaşır

30.06.14 09:49 861
Elton Con Putinlə görüşə hazırlaşır
Dünya Böyük Britaniyalı müğənni Elton Con Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.
Teleqraf.com bildirir ki, müğənni Putinlə görüşərək cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr aparmaq istədiyini deyib.
Onun sözlərinə görə, Putinlə görüş bu ilin noyabr ayında baş tutmalıdır. “Putinlə görüşüb cinsi azlıqların hüquqlarının müdafiəsindən danışacam. Müzakirələrimiz müsbət nəticə verəcək, ya yox, bunu deyə bilmərəm”, Elton Con deyib.
Qeyd edək ki, Vladimir Putin cinsi azlıqlara qarşı sərt addımlar atır. Ötən il Rusiyada yeniyetmələr arasında qeyri-ənənəvi seksual münasibətlərin təbliğatının qadağan edilməsi haqqında qanun qüvvəyə minib./anspress.com/
banner

Oxşar Xəbərlər