• şənbə, 27 Aprel, 04:34
  • Baku Bakı 14°C

“ELS”Müstəqil Araşdırmalar Mərkəzi ilin layihəsinə yekun vurub - Fotolar

25.11.16 19:27 1033
“ELS”Müstəqil Araşdırmalar Mərkəzi ilin layihəsinə yekun vurub - Fotolar
"ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Prezident yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi "Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin Beynəlxalq Mətbuat Mərkəzində yekun təqdimatını keçirib.
Təqdimatda "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova lahiyə dair görülən işlər, o cümlədən sentyabr ayında Azərbaycanın 21 ali təhsil müəssisəsinin 1050 tələbəsi arasında aparılmış sosioloji araşdırma, İctimai Televiziyanın "Addım-addım” (5 buraxılış) və "Açıq dərs” (1 buraxılış) verilişlərində ekspertlərin iştirakı ilə ümumilikdə 6 mövzu ətrafında müzakirələr və sair haqqında məlumat verib. Bildirib ki, 3 ay davam edən layihə zamanı cəmiyyəti narahat edən problemlər və onların həlli yolları araşdırılıb, ekspertlər tamaşaçılarla canlı ünsiyyət zamanı fikir və təklifləri ilə bölüşüblər.

"Açıq dərs” verilişində müzakirə olunan "İxtisas seçiminə ailənin təsiri və rolu” mövzusunun cəmiyyətdə rezonansa səbəb olduğunu deyən İ.Yaqubova bu məsələnin gündəmdə saxlanmasının zəruri olduğunu vurğulayıb.

Sonra mövzu ətrafında ictimai müzakirələr başlayıb. İctimai Televiziyanın rəsmisi Zaur Mahmudov İTV-nın bu cür layihələri dəstəklədiyini vurğulayıb.

"Açıq dərs” verilişinin aparıcısı Orxan Cabbarov isə peşə seçimi məsələsinə toxunub: "Peşə məktəblərini inkişaf etdirmək istəyiriksə, bu istiqamətdə konkret addımlar atmalıyıq. Çox təəssüflər olsun ki, regionlarda yaddan çıxan peşə məktəbləri var. Əgər biz bu problemi kökündən həll etmək istəyiriksə, peşə təhsili ilə bağlı islahatları kompleks şəkildə aparmalıyıq”.

Azərbaycan Prezidenti yanında Bilik Fondu, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil nazirliyi, Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın rəsmiləri də məsələnin aktuallığını nəzərə alaraq, bu istiqamətdə köklü islahatların aparılmasının qaçılmaz olduğunu dilə gətiriblər.

Tədbir maraqlı fikir və təkliflərlə davam etdirilib. Peşə ixtisas müəssisələrinin rəhbərləri mövcud problemlər, o cümlədən işəgötürənlərlərlə peşə məktəbləri arasında əlaqənin zəif olması, eyni zamanda son illərdə müşahidə olunan müsbət dəyişikliklərdən danışıblar.


banner

Oxşar Xəbərlər