• cümə, 29 Mart, 08:39
  • Baku Bakı 5°C

“Çelsi”nin qələbəsi Fransa klubunun işinə yaradı

30.05.19 11:07 586
“Çelsi”nin qələbəsi Fransa klubunun işinə yaradı
Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi” Arsenal”a qalib gələrək (4:1) titula sahib çıxıb.
Kaspi.az xəbər verir ki, "Çelsi”nin qələbəsi Fransa klubu "Lion”un işinə yarayıb. Avropa Liqasının finalında "Arsenal” qalib gələcəyi təqdirdə, "Lion” yeni mövsümdə Çempionlar Liqasında 3-cü seçmə mərhələdən mübarizəyə başlamalı idi.
Ancaq "Çelsi”nin qələbəsindən sonra "Lion” birbaşa qrup mərhələsinə vəsiqə əldə edib. 3-cü təsnifat mərhələsində isə Türkiyənin "İstanbul Başakşəhər” klubu mübarizə aparmalı olacaq.
Maraqlıdır ki, "Lion” ötən mövsüm də "Atletiko”nun qələbəsi sayəsində birbaşa qrup mərhələsinə vəsiqə əldə etmişdi.
banner

Oxşar Xəbərlər