• çərşənbə, 24 Aprel, 01:08
  • Baku Bakı 14°C

“Çelsi”də Abramoviç erası başa çatır?

01.06.18 10:25 860
“Çelsi”də Abramoviç erası başa çatır?
Deyəsən, "Çelsi”də Roman Abramoviç erası yekunlaşır.
Kaspi.az xəbər verir ki, Britaniya hakimiyyəti rusiyalı milyarderə viza vermədiyi üçün Abramoviç "Çelsi” layihəsindən imtina etməyi planlaşdırır. Artıq klub rəhbərliyi "Stemford Bric”in rekonstruksiyası ilə bağlı layihəni dondurub.
Abramoviç arenadakı yenidənqurmaya 570 milyon avro sərf etmək niyyətində idi. "The Times” bildirir ki, rusiyalı biznesmen "Çelsi”ni satmaq niyyətinə düşsə, ona ən azı 1,2 milyard avro qiymət qoyacaq.
Abramoviç 15 il müddətində "Çelsi”yə 1,14 milyard avro yatırım edib. Onun gəlişindən sonra "təqaüdçülər” 5 dəfə İngiltərə çempionluğunu və kubokunu qazanıb, Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.
banner

Oxşar Xəbərlər