• çərşənbə axşamı, 23 aprel, 11:47
  • Baku Bakı 20°C

“Çelsi” pul vermək istəmir, Konte məhkəməyə üz tutacaq

13.07.18 13:15 468
“Çelsi” pul vermək istəmir, Konte məhkəməyə üz tutacaq
Antonio Kontenin "Çelsi”dən ayrılacağı iddia olunsa da, bununla bağlı rəsmi açıqlama hələ də verilməyib.
Ancaq bu məsələ ilə bağlı söz-söhbətlər səngimək bilmir. Kaspi.az xəbər verir ki, İtaliya mətbuatı "Çelsi” rəhbərliyinin Konteyə kompensasiya ödəmək niyyətində olmadığını yazıb. Məlumata görə, Konte istefaya göndəriləcəyi təqdirdə, 11 milyon avro kompensasiya almalıdır.
"Çelsi” rəhbərliyi Kontenin baş məşqçi işlədiyi dönəmdə verdiyi bəzi qərarları əsas gətirərək, ona kompensasiya ödəməkdən imtina edir. Əsas səbəb kimi də Kontenin Dieqo Kosta ilə yola getməyərək, hücumçunun komandadan ayrılması göstərilir.
"Təqaüdçülər”in rəhbərliyi hesab edir ki, Kostanın gedişi komandanın gücünü xeyli zəiflədib. Ancaq Kontenin bu durumla barışmayacağı da bildirilir. "Çelsi” ona kompensasiya ödəməsə, italyan mütəxəssis məhkəməyə müraciət edəcək.
banner

Oxşar Xəbərlər