• cümə axşamı, 25 aprel, 02:27
  • Baku Bakı 19°C

“Çelsi” indi də fransızla danışıq aparır

30.05.18 10:50 721
“Çelsi” indi də fransızla danışıq aparır
PSJ-nin sabiq baş məşqçisi Loran Blan "Çelsi”də işləyə bilər.
Kaspi.az xəbər verir ki, London klubu Blanla danışıq aparır. Bu barədə məlumatı "France Footbal” yayıb.
Məlumata görə, "Çelsi”nin "Napoli”nin baş məşqçisi Mauritsio Sarri ilə apardığı danışıqlar uğursuzluqla nəticələnib. Klub rəhbərliyi Sarri üçün tələb olunan 8 milyonluq kompensasiyanı ödəmək istəməyib.
Bundan sonra londonluların direktoru Marina Qranovskaya Blanla görüşüb. Blan 2016-cı ildə PSJ-dən istefaya göndəriləndən sonra işsizdi.
banner

Oxşar Xəbərlər