• cümə, 29 Mart, 14:30
  • Baku Bakı 14°C

“Çelsi” azarkeşlərini hədələdi

12.09.17 16:50 1324
“Çelsi” azarkeşlərini hədələdi
"Çelsi” rəhbərliyi azarkeşlərini antisemitizm davranışlarına görə hədələyib.

Kaspi.az xəbər verir ki, "Lester”lə oyunda "Çelsi” azarkeşləri Moratanın şərəfinə mahnı oxuyublar. Mahnıda isə deyilir ki, guya Morata yəhudilərə nifrət edir. "Çelsi” azarkeşlərinin bu addımı "Tottenhem”ə qarşı yönəlib. Çünki onlar "Tottenhem”i yəhudi klubu hesab edirlər.

"Çelsi” rəhbərliyi məsələ ilə bağlı bəyanat yayaraq, fanatlara xəbərdarlıq edib. Rəhbərlik belə azarkeşlərin müəyyənləşdirilərək cəzalandırılacağını bildirib:

"Oxunan mahnı antisemitizm xarakterli idi. Bu da yolverilməzdir. Məsələ araşdırılacaq və günahkarlar sərt cəzalandırılacaq. Belə azarkeşlər stadiona buraxılmayacaq”.


banner

Oxşar Xəbərlər