• cümə, 19 Aprel, 08:30
  • Baku Bakı 13°C

“Çelsi” 60 milyon verdi, “Torino” “yox” dedi

13.04.17 16:10 1049
“Çelsi” 60 milyon verdi, “Torino” “yox” dedi
"Çelsi” İtaliyanın "Torino” klubunun hücumçusu Andrea Belottini transfer etmək istəyir.
Kaspi.az xəbər verir ki, "zadəganlar” Belottiyə görə "Torino”ya rəsmi təklif də göndəriblər. "Çelsi” hücumçunu transfer etmək üçün 60 milyon avro verməyə hazır olub. Rəhbərlik bildirib ki, Belotti "Çelsi”də uğurlu ola bilsə, əlavə kompensasiya da ödəməyə hazırdırlar.
Ancaq "Torino” bu təklifi qəbul etməyib. Belotti "Torino”ya 2015-ci ildə 7,5 milyon avro qarşılığına "Parma”dan keçib. O, "öküzlər”in heyətində 66 oyun keçirib, 37 qol vurub. Belotti cari mövsümdə 24 dəfə fərqlənib. Hücumçu İtaliya yığmasında keçirdiyi 7 oyunda 3 qol vurub.
banner

Oxşar Xəbərlər