• cümə, 29 Mart, 13:08
  • Baku Bakı 14°C

Elsevər Ağayev: "Təcili yardımın ödənişli olması gündəmdə deyil"

08.09.16 13:33 1006
Elsevər Ağayev: "Təcili yardımın ödənişli olması gündəmdə deyil"
"Təcili yardımların ödənişli olması bu gün Səhiyyə Nazirliyinin gündəmində dayanan məsələ deyil, lakin hərdən təcili yardıma aid olmayan çağırışlar edilir". Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.Nazir müavini bildirib ki, bu cür çağırışlar dövlətə maliyyə vəsaitinə başa gəlir: "Kimisi təzyiqini və yaxud da temperaturunu ölçdürmək üçün təcili yardım çağırır. Bu, doğru deyil. Ancaq təcili yardımın ödənişli olması Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil, dövlət səhiyyə xidməti pulsuzdur".
Nazir müavini bildirib ki, tibbi sığortaya keçiddən sonra tibb müəssisələrinin, təcili yardımın da hardasa müəyyən hissəsinin gələcəkdə pullu olması mümkün ola bilər, ancaq bu, bu günün mövsuzu deyil.
Nazir müavini Azərbaycanda meyit orqanlarının transplantasiyası məsələsinə də toxunub. O, bildirib ki, ölkədəmeyit orqanlarının transplantasiyası üçün bütün şərait var. E.Ağayev qeyd edib ki,bununla bağlı qanunvericilikdə dəyişiklik olmalıdır: "Meyit orqanlarının transplantasiyası həm də etik bir məsələdir. Bu, bir qədər etik məsələdir. Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki millətin etik normaları var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi gələcəyin işidir”.
O bildirib ki, bu gün Azərbaycanda xəstəxanalarımızda orqan transplantasiyası əməliyyatları keçirilir: "Regionlarda da bu əməliyyatların həyata keçirilməsi mümkündür. Bu sahə daha da inkişaf etdirilməlidir”.
Nazir müavini dollarla bağlı vəziyyətin ölkədə dərman qıtlığına yol açmayacağını da qeyd edib.E.Ağayev bildirib ki, bu, hər kəsi narahat edən məsələdir:"Düşünürəm ki, bu məsələ tənzimlənəcək, dərmanlarla bağlı problem yaranmayacaq".
banner

Oxşar Xəbərlər