• cümə, 29 Mart, 18:12
  • Baku Bakı 14°C

Elşad Xose: “Onun üçün heç darıxmadım...“

29.11.13 18:12 1659
Elşad Xose: “Onun üçün heç darıxmadım...“
Reper Elşad Xose yenidən səhnəyə qayıtmaq qərarına gəlib. Bu haqda reper Axsam.az saytına açıqlamasında deyib.
O, yeni mahnılar üzərində çalışdığını, hazırda onların studiya yazılışı ilə məşğul olduğunu bildirib:
“Təzə replər yazmışam. Bu dəfə fərqli tərzdə olacaq. Yeni ildən sonra səhnəyə qayıdıram. Çoxlu ideyalarım var. Bir müddət bu aləmdən uzaq qaldım. Etiraf edim ki, onun üçün heç darıxmadım”.
Elşad rəssamlıq fəaliyyətini də davam etdirir. Reper sərgiyə hazırlaşdığını bildirib:
“Artıq rəsmlərimin sayı çoxalıb. Martda sərgim olacaq”.
banner

Oxşar Xəbərlər