• şənbə, 27 Aprel, 01:54
  • Baku Bakı 14°C

“Elşad Mirinin dindən danışmağa haqqı yoxdur”

30.01.14 11:51 1263
“Elşad Mirinin dindən danışmağa haqqı yoxdur”
"Elşad Mirinin din adından danışmağa haqqı yoxdur. Ona görə ki, onun bütün dövrlərdə din adından söhbət etməyi, dindarlarla danışmağı hamısı hiylə və dünya malı qazanmaq olub. Bu mətləblə ki, bir çox müxtəlif işlərlə məşğul olub. İndi beç-on kəlmə ərəb dilində bilməklə dinin şəriətini bilməz. Belə olsa onda bütün ərəblərin hamısı şəriət üzrə ayətullah olarlar."
Bunu SalamNews-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə Elşad Mirinin QMİ ilə bağlı səsləndirdiyi fikirlərə münsabət bildirərkən deyib.
O bildirib ki, Elşad Miri başa düşməlidir k, belə işlər ona heç vaxt fayda verməz. Əgər elmi araşdırmalar bacarırsa, gedib onunla məşğul olsun, dindarlar adından söhbət etməsin. QMİ-də püxtələşən şəxsiyyətlər var, hələ Sovet dövründə onlar İslamı qoruyub saxlayıblar. Onda heç Elşad Miri yox idi: "Onun son dövrlər sayt açmaq istəməsinə və adını "Allah" qoymasına, Səudiyyə adı ilə çıxış etməsinə ixtiyarı yoxdur. Onun gah din pərdəsi altında, gah da elmi araşdırmaq adı altında fətva xarakterli sözlər və müsahibələrinin heç bir əsası yoxdur. Ümumiyyətlə, E.Mirinin bu formada belə söhbət etməyə heç bir haqqı yoxdur. Mən bütün dindarları onun sözlərinə uymamağa çağırıram. Lazım gəlsə, onunla teledebata çıxmağa hazırıq."
M.Seyidzadə vurğulayıb ki, Elşad Miri heç vaxt QMİ-nin tədbirinə dəvət olunmayıb. O, bunu haradansa eşidib gəlirdi. O, çox can atırdı ki, tədbirlərimizdə çıxış etsin, lakin ona imkan verilmirdi. Səbəbi isə onun din savadı olmamasıdır.
Xatırladaq ki, E.Miri mətbuata açıqlamasında QMİ-nin fətva vermə səlahiyyətinin olmadığını bildirib:
"QMİ bitərəf olmadığı üçün fətva vermək səlahiyyəti yoxdur. Onların verdiyi fətvalar Qurana, İslama uyğun gəlmir. Problemin kökündə QMİ dayanır. Bu gün dindarlar bu qurumu dini mərkəz olaraq qəbul etmirlər."
banner

Oxşar Xəbərlər