Elşad İskəndərov İrana getdi

Elşad İskəndərov İrana getdi

Təfsilat
14 Sentyabr 2013, 09:43 857
DQİDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və İran arasında dini sahədə ikitərəfli əlaqələrin müzakirəsi, mövcud problemlərin aradan qaldırılması, eyni zamanda milli-mənəvi, mədəni əlaqələrinin perspektiv inkişafının artırılması məqsədi daşıyan səfər çərçivəsində İranın yeni hökuməti ilə bir sıra yüksək səviyyəli görüşlər nəzərdə tutulub.

E. İskəndərovun səfər çərçivəsində İran islam Respublikasının mədəniyyət və irşad naziri Əli Cənnəti, xarici işlər naziri Cavad Zərif, İslam Mədəniyyəti və Əməkdaşlıq Təşkilatının sədri Məhəmmədbaqir Xürrəmşad, o cümlədən digər rəsmi şəxslərlə görüşləri keçiriləcək.

Səfər çərçivəsində Dövlət Komitəsi sədrinin İranın Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrlə görüşü, o cümlədən İranın müvafiq dövlət qurumları ilə ikitərəfli əlaqələrinin inkişafı üçün bir sıra layihələrin müzakirəsi nəzərdə tutulur.