• cümə axşamı, 18 aprel, 22:03
  • Baku Bakı 21°C

Elşad Abdullayevin videosundakı hakim dünyasını dəyişdi

08.05.13 09:25 1732
Elşad Abdullayevin videosundakı hakim dünyasını dəyişdi
Bu gün fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetin rektoru, hazırda Fransada gizlənən Elşad Abdullayevin yaydığı videolardan birində görünən Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev dünyasın dəyişib.
Məlumata görə, ürək xəstəliyindən əziyyət çəkən hakim uzun zamandı müalicə olunurdu.
Ağababa Babayevin vəfatı ilə bağlı Vətəninfo.az-a danışan tanınmış vəkil Ramiz Zeynalov mərhumun ailəsinə,yaxınların başsağlığı veridyini mərhuma allahdan rəhmət dilədiyini bildirib.
R.Zeynalov maraqlı bir iddada irəli sürdü və bildirdi ki,mərhum hakimin vəfatı ilə bağlı inasanları şərləyərək həbsinə çalışan və bu yolla özünün cinayətlərini ört-bassır etməyə çalışan Elşad Abdullayev öz maraqları üçün istifadə etməyə çalışacaq.
"Elşad Abdullayev Ağababayevin ölümünü hazırda məskunlaşdığı Fransadan siyasi sığınacaq almaq üçün, mərhum vəkilin ölümünüdə Azərbaycanda adam oğuluğu ilə bağlı mütəşəkkil dəstə ilə bağlayarsa.buna təccüblənmək lazım deyil.Məhz Elşad Abdullayevin bu böhtanlarına qarşı mərhum A.Babayevin ailəsin və yaxınlarını səbirli olmalıdırlar.Bu adamın qayəsi Azərbaycan dövlətini və iqtidarını şər və böhtanla ləkələmək, Azərbaycanda ölüm eskaduronu olduğunu və həyatının təhlükədə olduğunu göstərərək siyasi sığınacaq almağa çalışır.
Necə ki, Sevinc Babayevanın ölümündən istifadə etməyə çalışdı və bu gündə bundan yararlanmaqdadır.Elşad Abdullayev üçün dostluq,qardaşlıq, insani münasibətlər deyə bir anlayış yoxdu.E.Abdullayev öz maraqları naminə tanıdığı,qardaş dediyi,ona salam verən kim varsa qurban verə bilər".
banner

Oxşar Xəbərlər