• cümə, 26 Aprel, 16:03
  • Baku Bakı 23°C

Elşad Abdullayevin puluna görə bir-birini söydülər - Açıqlama

04.11.13 11:26 1273
Elşad Abdullayevin puluna görə bir-birini söydülər - Açıqlama
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilir.
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib.
O bildirib ki, Elşad Abdullayevlə olan pul söhbətindən sonra anasının G. Əhmədova ilə münasibətləri pisləşib: “Bir neçə ildən sonra anam dedi ki, Gülər ona zəng edib deyir ki, görüşsünlər. Mən də dedim ki, niyə görüşürsən, o neçə ildir ki, səninlə danışmır, babamın yasına da gəlmədi. Anam dedi ki, Elşadla olan pul söhbəti hər kəsə yayılacaq. Bunu hamı bilsə, ona da, Gülərə də pis olacaq”.
A. Məmmədov daha sonra G. Əhmədiovanın ona verdiyi suallara cavab olaraq bildirib ki, E. Abdullayevin puluna görə anası ilə G. Əhmədova bir-birlərini telefonda söyüblər: “Anamla Gülər Əhmədova “skyp”la danışanda anam vəzifəli adamların adını çəkirdi. Gülər Əhmədova isə anama deyirdi ki, ad çəkməsin, danışıb, hər şey yaxşı olacaq”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər