• cümə axşamı, 28 mart, 19:40
  • Baku Bakı 13°C

Elşad Abdullayevin işi ilə bağlı tutulan Arzu Kazımova iş istənilib

14.08.13 11:54 1365
Elşad Abdullayevin işi ilə bağlı tutulan Arzu Kazımova iş istənilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə məhkəmə istintaqı tamamlanıb və dövlət ittihamçısı A. Kazımovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses avqustun 21-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.
İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.
banner

Oxşar Xəbərlər