ELS yeni layihəyə başladı - Fotolar
"ELS-Müstəqil Araşdırmalar
Mərkəzi” İctimai Birliyi Prezident
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair
Strateji Yol Xəritəsi”nin təbliğində vətəndaş cəmiyyətinin iştirakının
gücləndirilməsi” adlı layihəyə start verib. Birlikdən verilən məlumata
görə, layihənin məqsədi ilk peşə təhsilinə marağın artırılması, regionda peşə və orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, regionda mövcud uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsi, icma üzvlərinin peşələrə münasibətində dönüşün yaradılmasına nail olmaqdır.
Layihə çərçivəsində Bərdə, Salyan və Cəlilabad rayonlarında dəyirmi masaların
keçirilməsi, regionda uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların
çəkilməsi, "Facebook” sosial şəbəkəsində "Peşəm - mənim fəxrimdir” səhifəsinin
açılması və peşələrə dair videoçarxların burada yerləşdirilərək sosial
şəbəkələrdə yayımlanması planlaşdırılır.
Bu məqsədlə cari ilin 22-23 may tarixlərində Salyan və Cəlilabad
rayonlarında ilk peşə təhsili müəssisələri və orta məktəblərdə görüşlər
keçirilib və peşə məktəblərinin yetirmələrinin uğurlu fəaliyyət nümunələrini
əks etdirən videoçarxlar üçün çəkilişlər aparılıb.
Qeyd edək ki, layihənin növbəti mərhələsi Bərdə rayonunda həyata
keçiriləcək.