• cümə, 19 Aprel, 19:42
  • Baku Bakı 24°C

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəsinin ilkin təqdimatını keçirib - Fotolar

30.09.16 17:16 1153
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəsinin ilkin təqdimatını keçirib - Fotolar
"ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi bu gün Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyi ilə "Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin ilkin təqdimatını keçirib.

Layihənin mahiyyətindən danışan Mərkəzin rəhbəri İradə Yaqubova yetişən nəslin mənəvi, fiziki və psixoloji cəhətdən milli ənənələrə uyğun formalaşması, sağlam ailə münasibətlərinin qurulması, məişət zorakılığının aradan qaldırılması kimi cəmiyyəti narahat edən aktual məsələlərə toxunub. Onun fikrincə, yetişən nəslin mədəni-mənəvi cəhətdən formalaşması, milli ənənələrin qorunması, sağlam ailə modelinin qurulması və təbliği nəticəsində vətəndaş cəmiyyətində mənəvi dönüş yaratmaq vaxtı yetişib artıq. İctimai Televiziyada bu məsələlərlə bağlı silsilə verilişlərin hazırlanacağını deyən layihə rəhbərinin qənaətinə görə, bu, mövcud problemlərin ictimailəşdirilməsinə gətirib çıxaracaq.

Sonra İ.Yaqubova Azərbaycanın ali təhsil ocaqlarının tələbələri arasında keçirilmiş ailə həyatının formalaşması, ailə dəyərlərinin qorunmasına dair sorğunun nəticələri açıqlayıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin gənclər, elm və təhsil departamentinin direktoru Zaur Mahmudov "ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə çoxillik əməkdaşlıq təcrübəsindən danışıb. O, bu gün ortaya qoyulan mövzuların İctimai Televiziyanın konsepsiyasına tam uyğun olduğunu və tezliklə həmin məsələlərin ekspertlərin iştirakı ilə efirdə müzakirə ediləcəyini söyləyib.

Tədbir dövlət və qeyri-hökumət təşkilatları nümayəndələri, psixoloqlar, orta və ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirakı ilə ictimai müzakirələrlə davam edib.
banner

Oxşar Xəbərlər