ELS layihəsini Bərdə və Ağdamda davam etdirib - Fotolar
ELS-Müstəqil
Araşdırmalar Mərkəzi İctimai Birliyi "Azərbaycan Respublikasında peşə təhsili və
təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin
iştirakının gücləndirilməsi” adlı layihəsinin növbəti mərhələsini Bərdə
rayonunda həyata keçirib. Mərkəzdən verilən məlumata görə, layihə çərçivəsində
Bərdə rayonu İcra Hakimiyyəti, Bərdə Peşə Liseyi və Qorxmaz Eyvazov adına Laçın
Peşə Məktəbi müəllim kollektivləri, peşə məktəblərinin məzunları ilə görüşlər
keçirilib, onların fəaliyyətləri bağlı video və foto çəkilişlər aparılıb. Əlavə
olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən "Azərixalça"
İstehsalat Birliyində təkil olunmuş xalçaçılıq kursunda peşə məktəblərinin məzunlarının
işi ilə tanış olaraq video və foto çəkilişlər həyata keçirilib. Həmçinin görüşlər
zamanı peşə təhsilinə marağın artırılması, regionda peşə məktəbi-ortaməktəb əlaqələrinin
təkmilləşdirilməsi, peşə təhsilinə şagirdlərin cəlb edilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək
ki, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə həyata keçirilən layihənin növbəti mərhələsində Salyan, Cəlilabad
və Bərdə rayonlarında aparılmış monitorinq və araşdırmaların nəticələrinin
yerli icra hakimiyyəti, icma üzvləri, ilk peşə təhsili lisey və məktəbləri,
orta təhsil məktəbləri, valideynlər və şagirdlərlə birgə dəyirmi masalarda
müzakirələrin aparılması planlaşdırılır.