AZE | RUS | ENG |

“ELS” “exit-poll”un ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 82,71 faiz səs toplayıb

“ELS” “exit-poll”un ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 82,71 faiz səs toplayıb
"ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı "exit-poll”un ilkin nəticələrini açıqlayıb.
 
APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb: "80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. "Exit-poll” uğurla başa çatdı.
 
"ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı "exit-poll”un nəticələri aşağıdakı kimidir:

 
İlham Əliyev – 82,71 faiz
Zahid Oruc – 3,37 faiz
Araz Əlizadə - 1,87 faiz
Qüdrət Həsənquliyev – 4,23 faiz
Fərəc Quliyev – 1,33 faiz
Hafiz Hacıyev – 2,1 faiz
Razı Nurullayev – 0,92 faiz
Sərdar Cəlaloğlu – 3,56 – faiz".
 
Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.
 
ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.
 
 Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173