• cümə, 19 Aprel, 11:16
  • Baku Bakı 13°C

“ELS” Bakıda treninqlərə start verdi

25.09.13 14:39 1505
“ELS” Bakıda treninqlərə start verdi
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərinə start verib. Bu barədə “Kaspi”yə açıqlamasında Mərkəz rəhbəri İradə Yaqubova bildirib. Onun sözlərinə görə, “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edəcək. Beləki, treninqlər sentyabrın 24-27-də Bakı, Abşeron, Sumqayıt, 27 sentyabr - 1 oktyabr tarixində isə Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün dairələrində keçirilməsi nəzərdə tutulub.
İ.Yaqubova onu da əlavə edib ki, “ELS”-ın həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının aparılması üçün tələb olunan sənədlər paketi artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Azərbaycan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası sentyabrın 29-a kimi həmin sənədlərə baxıb qərar qəbul etməlidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər