• cümə axşamı, 28 mart, 18:59
  • Baku Bakı 13°C

“Elnurun trasnferi ilə bağlı problem yarana bilərdi”

19.09.13 07:22 1268
“Elnurun trasnferi ilə bağlı problem yarana bilərdi”
Azerisport.az xəbər verir ki, onun transfer pəncərəsinin bağlı olduğu bir vaxtda, cənub klubunda bir neçə oyuna çıxdıqdan sonra indi mövsümün qalan dövrünü digər klubda keçirməsinin qanunsuz olduğu bildirilir.
Məhz bu məsələyə aydınlıq gətirmək üçün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə müraciət etdik. Görək o, Allahverdiyevin “Qəbələ”yə keçidi ilə bağlı hansı mövqedədi?
“İlk növbədə onu qeyd etmək istəyirəm ki, hələ bizə Allahverdiyevin bu transferi ilə bağlı heç bir rəsmi sənəd göndərilməyib. Mətbuatda yazılana görə, “Xəzər Lənkəran” klubu bu oyunçu ilə məhz avqustun 31-də baş tutan oyundan sonra yollarını ayırıb. Yəni klub onu transfer pəncərəsinin son günündə azad agent statusu ilə komandadan uzaqlaşdırıb. Əgər bu barədə bizə sənəd təqdim olunsa, Allahverdiyevin digər kluba keçidində heç bir problem olmayacaq. Bu futbolçu Azərbaycan Premyer Liqasında çıxış edir. Təbii ki, digər çempionata keçidi gündəmdə olsaydı, indiki halda problem yarana bilərdi”.
Qeyd edək ki, mübahisə doğuran əsas məqamlardan biri Allahverdiyevin sentyabrın 13-dək “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla görüşə bilməməsi idi. Lakin Con Toşakın qərarını dəyişmək istəməməsi onun klubdan rəsmi şəkildə uzaqlaşdırılması isə nəticələndi.
Musayev Allahverdiyevi tənqid olunmasına da münasibət bildirib: “Jurnalistlər ona çox təzyiq göstərirlər. Mən bu tənqidlərin azaldılmasını xahiş edirəm. Tezliklə onun 30 yaşı olacaq. Həm də Elnur yığmanın üzvüdü, bunu nəzərə almaq lazımdı. Daha bir neçə il futbol oynaya bilər. Bütün bu təzyiqlər onun karyerasına mənfi təsir göstərə bilər. Əksinə, indiki halda futbolçunu dəstəkləmək lazımdı”.
banner

Oxşar Xəbərlər