• cümə axşamı, 25 aprel, 13:49
  • Baku Bakı 23°C

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın baş həkimi işdən çıxdı

04.12.13 10:39 1248
Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın baş həkimi işdən çıxdı
Tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızıının vəfat etdiyi “Medi Sina” Klinikasının baş həkimi Abbas Bağırov işdən çıxıb. Bu barədə APA-ya vəkil S. Vəkilov məlumat verib.
S. Vəkilov onu da qeyd edib ki, məlum məsələ ilə bağlı bir qrup şəxsin dindirilməsi barədə Nəsimi Rayon Prokurorluğunda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayevə vəsatət təqdim edib.
“Medi Sina” Klinikasının sabiq baş həkimi A. Bağırov APA-ya açıqlamasında səhhətindəki problemlə əlaqədar olaraq işdən çıxdığını deyib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.
Xatırladaq ki, A.Niftəliyev mətbuata açıqlamasında ekspertizanın ilkin rəyinə əsaslanaraq, E.Tofiqqızının həkim məsuliyyətsizliyi və səhlənkarlığı üzündən dünyasını dəyişdiyini bildirib
banner

Oxşar Xəbərlər