• cümə, 26 Aprel, 18:18
  • Baku Bakı 22°C

“Elmlər Akademiyası“ stansiyasının ikinci çıxışı nə vaxt istismara veriləcək?

02.10.13 16:19 1295
“Elmlər Akademiyası“ stansiyasının ikinci çıxışı nə vaxt istismara veriləcək?
Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışını 2015-ci ilin əvvəlində istismara verməyi planlaşdırır.
Bu barədə Trend-ə metropolitendən bildiriblər.
Qurumdan deyiblər ki, metronun dərin özüllü stansiyalarında II çıxışların tikintisi məsələsinə böyük diqqət ayrılır:
"Xüsusilə digərlərindən fərqli tikinti metodunun tətbiq edildiyi ("Elmlər Akademiyası" stansiyasının II çıxışı) sahədə işlər intensiv tepmlə aparılır".
Layihə çərçivəsində əlavə 4 çıxış tikiləcək, onlardan ikisi Bakı Dövlət Universitetinə, qalan ikisi isə avtomobil yollarına çıxacaq.
banner

Oxşar Xəbərlər