• çərşənbə axşamı, 19 mart, 11:08
  • Baku Bakı 8°C

Elmira Süleymanova: Seçki günü monitorinqlər həyata keçiriləcək

19.03.18 15:00 562
Elmira Süleymanova: Seçki günü monitorinqlər həyata keçiriləcək
Ombudsman institutu aprelin 11-də keçiriləcək prezident seçkilərinin müşahidəsinə hazırlaşır. Bu barədə sechki-2018.az saytına açıqlamasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.
O bildirib ki, Mərkəzi Seçki Komissiyası hər seçkilərdə Ombudsman Aparatının əməkdaşlarına treninqlər keçir: "Bu proses Seçki Məcəlləsi və qüvvədə olan sənədlərə uyğun olaraq reallaşdırılır. Prezident seçkiləri öncəsi də MSK-nın mütəxəssisləri tərəfindən bizim əməkdaşlarımız üçün artıq treninqlər keçirilib. Bu yaxınlarda Ombudsman Aparatının əməkdaşları tərəfindən regionlarda maarifləndirmə tədbirlərinə başlayacağıq. Seçicilərə izah olunacaq ki, seçkilər zamanı hər kəs sərbəst seçimini edə, istədiyi namizədə səs verə bilər. Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı 2005-ci ildə imzalanan Sərəncama əsasən nə yerli icra hakimiyyəti orqanları, nə də polis tərəfindən seçkilərə müdaxilə yolverilməzdir. Bu Sərəncam nizamlı, azad və ədalətli seçkilər keçirmək üçün şərait yaradır”.
E. Süleymanova qeyd edib ki, seçki günü monitorinqlər həyata keçiriləcək.
O deyib: "40 əməkdaşımız müstəqil müşahidəçi kimi MSK-da qeydiyyatdan keçib. Monitorinqlər müxtəlif regionlarda keçiriləcək. Mən isə seçki günü paytaxtın hər bir rayonunda qutular açılandan bağlanan kimi müşahidələr aparacam. Biz bütün seçkilərdə bu işi həyata keçirir, hər saatdan bir MSK-nın informasiya mərkəzinə hansı rayonda hansı seçki dairəsi və seçki məntəqələrində müşahidə aparıldığı haqda məlumat veririk. Əgər hansısa rayonda korrektələrə ehtiyac varsa, problemin aradan qaldırılması üçün dərhal MSK ilə əlaqə saxlayırıq”.
banner

Oxşar Xəbərlər