• çərşənbə, 24 Aprel, 13:36
  • Baku Bakı 27°C

Elmir Vəlizadə: Milli Strategiya beynəlxalq təcrübəyə əsaslanır

13.03.19 14:51 541
Elmir Vəlizadə: Milli Strategiya beynəlxalq təcrübəyə əsaslanır
Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” beynəlxalq təcrübəyə əsaslanır və beşillik dövrü əhatə edir.
AZƏRTACxəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə martın 13-də Bakıda keçirilən VI Regional İnternet İdarəçilik Forumu çərçivəsində "Regionun kibertəhlükəsizlik məsələləri” mövzusunda sessiyada deyib.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) barədə məlumat verən E.Vəlizadə bildirib ki, ölkəmizdə İKT sahəsinin inkişafı prioritet sahələrdəndir.
"Ötən il dövlət başçısı tərəfindən Milli Strategiyanın hazırlanması istiqamətində xüsusi koordinasiya komissiyası yaradılıb. Yaxın zamanlarda komissiyanın Əsasnaməsi təsdiqlənib. Kibertəhlükəsizlik sahəsində baş verən qlobal dəyişikliklər dövlət sektoru və digər sahələri əhatə edir. Səkkiz dövlət qurumu Milli Strategiya üzərində işləyir. Bu sənəd beynəlxalq təcrübəyə əsaslanır. Yaxın zamanlarda təsdiq olduqdan sonra bu, hər kəs üçün vacib sənəd olacaq. Sənəd 5 illik dövrü əhatə edir. Bu sənəd həm dövlət, həm özəl sektoru əhatə edəcək. Strategiyada bir çox məsələlər öz əksini tapıb - xüsusilə kibertəhlükəsizlik sahəsi”.
Nazir müavini qeyd edib ki, ölkəmizdə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri fəaliyyətə başlayıb, bu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən idarə olunur.
"CERT” adlandırılan bu qurum həm yerli, həm də xarici qurumlarla əlaqə yaradır. Digər ölkələrin analoji qurumları ilə mövcud əməkdaşlıq ölkəmizə yönəlik hər hansı kibertəhdidlərlə mübarizədə dəstək olur”, - deyə o vurğulayıb.
Sessiyanın moderatoru Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov isə bildirib ki, "Kibertəhlükəsizlik həftəsi” ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda kibertəhlükəsizlik sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır. Sözügedən sənədlərdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müvafiq texniki və metodiki vasitələrin yaradılması, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və sair bu kimi əsas məqsədlər qarşıya qoyulub.
Daha sonra "Microsoft” şirkətinin nümayəndəsi, CISCO-nun təmsilçisi Pavel Rodionov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə regionda kibertəhlükəsizlik sahəsinin inkişafı, innovasiyalar barədə danışıblar.
banner

Oxşar Xəbərlər