• cümə axşamı, 18 aprel, 20:48
  • Baku Bakı 21°C

Elmi müəssisələrin akkreditasiyası qurumu ictimai əsaslarla fəaliyyət göstərəcək

16.12.17 16:00 2396
Elmi müəssisələrin akkreditasiyası qurumu ictimai əsaslarla fəaliyyət göstərəcək
Nazirlər Kabineti Komissiyanın AMEA, Ali Attestasiya Komissiyası, Təhsil Nazirliyi və digər dövlət orqanlarının nümayəndələrindən ibarət 9 nəfərliktərkibini təsdiqləyəcək
Azərbaycanda elmi müəssisələrin akkreditasiyası qurumu Akkreditasiya Komissiyası formasında ictimai əsaslarla fəaliyyət göstərəcək.

APA-nın məlumatına görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi "Elmi müəssisələrin akkreditasiyası ­qurumu haqqında Əsasnamə”də əksini tapıb.

Komissiyanın fəaliyyət istiqamətlərinə akkreditasiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edilməsi, elmi müəssisələrin akkreditasiyasının qiymətləndirmə meyarlarının müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərilməsi daxildir. Komissiyanın vəzifələri isə elmi müəssisələrin akkreditasiyasını həyata keçirmək və müvafiq qərar qəbul etmək, akkreditasiyadan keçmiş elmi müəssisələrə şəhadətnamə vermək, akkreditasiyadan keçməmiş elmi müəssisələrə bu barədə Komissiyanın qərarının əsli ilə düzgünlüyünün təsdiq edilmiş surətini göndərmək, öz fəaliyyətinin çevik və şəffaf həyata keçirilməsi məqsədi ilə rəsmi internet saytını yaratmaq və onun fasiləsiz işləməsini təmin etmək, akkreditasiya qaydalarının, akkreditasiyadan keçmək üçün tələb olunan sənədlərin elektron nüsxələrinin və digər zəruri məlumatların internet saytında yerləşdirilməsini təmin etmək, akkreditasiyadan keçmək istəyən elmi müəssisələrin səlahiyyətli nümayəndələrinin müraciətlərinə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin etmək, akkreditasiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər vermək və akkreditasiya sahəsində beynəlxalq əməkdaşlıq haqqında sazişlərin bağlanılmasında iştirak etməkdən ibarətdir.

Komissiyanın Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Pespublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının,Təhsil Nazirliyivə digər dövlət orqanlarının nümayəndələri daxil olmaqla 9 nəfərdən ibarət tərkibiNazirlər Kabinetitərəfindən təsdiq ediləcək. Komissiyanın iclasları ən azı ayda bir dəfə keçirilir. Komissiyanın üzvləri bir həftə əvvəl iclasın keçirilməsi vaxtı barədə məsul katib tərəfindən məlumatlandırılırlar. Komissiya üzvlərinin üçdə ikisi iştirak etdikdə qərar qəbul etmək səlahiyyətinə malikdir. Komissiyanın qərarları Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur.
banner

Oxşar Xəbərlər