• cümə, 29 Mart, 18:51
  • Baku Bakı 14°C

Elmar Vəliyev Gəncə şəhər sakinləri ilə görüş keçirib - fotolar

18.06.13 15:15 2278
Elmar Vəliyev Gəncə şəhər sakinləri ilə görüş keçirib - fotolar
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev yerli əhali ilə görüş keçirib. İcra hakimiyyətində keçirilən görüşdə ümumilikdə 70 nəfər vətəndaşın müraciəti dinlənilib. Müraciət edən vətəndaşların böyük bir qismi Qarabağ əlilləri və şəhid ailələri olub. Qəbulda sakinlərlə yanaşı dövlət strukturlarının nümayəndələri və rəhbərləri də iştirak edib. Vətəndaşlar tərəfindən olunan müraciətlər əsasən məşğulluğun təmin olunması, mənzillə təminat və mənzil şəraitinin yaxşılaşdırılmasına köməkliyin göstərilməsindən ibarət olub. Bundan başqa ev və ticarət məqsədilə torpaq sahələrinin ayrılması, daimi olaraq su və mavi qazla təminat sahəsindəki problemlər də səsləndirilib.
Əhalinin müraciətlərini dinləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev hər bir müraciətin vatında araşdırılması və qanun çərçivəsində həlli məqsədilə tapşırıqlarını verib. İcra başçısı bildirib ki, bu qəbildən olan görüşlər həmişə olduğu kimi, bundan sonra da mütəmadi olaraq keçiriləcəkdir. Şəhər sakinlərinin problemlərinin həlli istiqamətində lazımı addımlar bundan sonra da atılacaq.
Şəhər rəhbəri E.Vəliyev bildirib ki, zaman – zaman həm yerlərdə , həm də səyyar qəbullar təşkil edilib və ediləcəkdir. Bu qəbulların da məntiqi nəticəsi odur ki, insanları narahat edən sosial və digər problemlər yerindəcə həll olunur. Bu problemlərdən başqa, bir sıra məsələlərin də araşdırılaraq yoluna qoyulması barədə aidiyyatı üzrə struktur rəhbərlərinə tapşırıq və tövsiyyələr verilib.
Qeyd edək ki, bütün qəbulda iştirak edən vətəndaşların şiyakətləri, arzu və istəkləri dinlənilib və qanun çərçivəsində yerinə yetirilib.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər