• cümə, 19 Aprel, 07:59
  • Baku Bakı 13°C

Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb

06.12.17 20:22 2334
Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb
Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.

GörüşəATƏT-in Minsk qrupu həmsədrləri - amerikalı Endryu Şofer, fransalı Stefan Viskonti, rusiyalı İqor Popov vəATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Nazir həmsədrlərləDağlıq Qarabağmünaqişəsinin nizamlanmasını müzakirə edir. H.Hacıyev bildirib ki, Azərbaycan substantiv danışıqlar vasitəsi iləATƏT-in Minsk qrupu həmsədrləri ilə birlikdəDağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

Bu gün E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər