• cümə, 19 Aprel, 16:38
  • Baku Bakı 25°C

Elmar Məmmədyarovla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında görüş olub

09.12.16 12:01 895
Elmar Məmmədyarovla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında görüş olub
Xarici işlər naziriElmar MəmmədyarovHamburqda keçirilənATƏTNazirlər Şurasının 23-cü iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.
Xarici İşlər NazirliyindənAPA-ya verilən məlumata görə, gorüşdə Azərbaycan vəAvropa İttifaqıarasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.Elmar MəmmədyarovErmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verib. O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır.
Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirənElmar MəmmədyarovErmənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edəcəyini bildirib.
Elmar MəmmədyarovErmənistanın destruktiv siyasət yürüdərək substantiv danışıqlardan yayındığını, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirdiyini, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirdiyini və nəticə etibarilə status kvonu saxlamağa çalışdığını diqqətə çatdırıb.
Münaqişənin həlli prosesində Avropa İttifaqının dəstəyi ilə aparılan xalq diplomatiyası tədbirlərinə toxunanElmar MəmmədyarovAzərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çəkib.
Herbert Salber ətraflı məlumata görə təşəkkürünü ifadə edib və Avropa İttifaqının dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər