• şənbə, 20 Aprel, 03:36
  • Baku Bakı 15°C

Elmar Məmmədyarov Qabonun xarici işlər naziri ilə görüşüb

06.04.18 12:20 644
Elmar Məmmədyarov Qabonun xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Qabonun xarici işlər naziri Noel Nelson Messoneni ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi məqsədi ilə nazirlər qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin və xarici işlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin vacibliyini vurğulayıblar.
Görüş zamanı həmçinin, iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüş zamanı Afrika İttifaqı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
banner

Oxşar Xəbərlər