• cümə, 19 Aprel, 11:36
  • Baku Bakı 13°C

Elmar Məmmədyarov Polşada həmsədrlərlə görüşür

18.01.18 15:00 687
Elmar Məmmədyarov Polşada həmsədrlərlə görüşür
Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovyanvarın 18-də Polşanın Krakov şəhərindəATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşür.
APA-nın məlumatına görə, bu barədəXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də qatıldığı görüşdəDağlıq Qarabağmünaqişəsinin həli istiqamətində danışıqlar prosesi müzakirə edilir.
Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Həmsədrlər dünən Krakovda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüş keçiriblər.
banner

Oxşar Xəbərlər