• cümə axşamı, 25 aprel, 08:12
  • Baku Bakı 14°C

Elmar Məmmədyarov Münxendə İtaliyanın XIN rəhbəri ilə görüşüb

16.02.18 21:44 573
Elmar Məmmədyarov Münxendə İtaliyanın XIN rəhbəri ilə görüşüb
Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovİtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angeliono Alfano ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-yaverilən məlumata görə, Azərbaycan və İtaliya arasında bir sıra sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən nazirlər əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. Nazir Angeliono Alfano Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırıb və ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.

NazirElmar Məmmədyarovİtaliyanın ölkəmizinAvropa İttifaqında ən mühüm tərəfdaşlarından biri olduğunu və Azərbaycanın bu ölkə ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Tərəflər ölkələr arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusdaTANAPvə TAP layihələrinin vacibliyini vurğulayıblar. İtaliyalı nazir ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində sözügedən layihələrin əhəmiyyətini qeyd edib. Bu xüsusda, fevralın 15-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının yekunları yüksək qiymətləndirilib.

Elmar MəmmədyarovŞimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habeləBakı-Tbilisi-Qarsdəmir yolu haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

2018-ci ildəATƏT-ə sədrliyin İtaliyaya keçdiyini vurğulayan nazirElmar MəmmədyarovATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll olunmasının daxil edilməsini yüksək qiymətləndirib. Danışıqlar prosesinin gedişi barədə məlumat verənElmar Məmmədyarovəlavə edib ki, münaqişənin həllinin əsasını təşkil edənBMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinə vəATƏTsənədlərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.

Görüşdə, həmçininAvropa İttifaqıçərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər