• cümə axşamı, 25 aprel, 13:34
  • Baku Bakı 23°C

Elmar Məmmədyarov Münhendə həmsədrlərlə görüşüb

17.02.17 09:40 970
Elmar Məmmədyarov Münhendə həmsədrlərlə görüşüb
Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovMünhen Təhlükəsizlik konfransı çərçivəsindəATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov(Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Riçard Hoqland (Amerika Birləşmiş Ştatları), həmçininATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət HacıyevinAPA-ya verdiyi xəbərə görə, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
NazirElmar Məmmədyarovmünaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdən sonraATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub.
banner

Oxşar Xəbərlər