• cümə, 29 Mart, 13:26
  • Baku Bakı 14°C

Elmar Məmmədyarov: “Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”

29.08.16 14:55 749
Elmar Məmmədyarov: “Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”
"Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edir".APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovgürcüstanlı həmkarı Mixeil Canelidze ilə birgə mətbuat konfransı deyib.

E. Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafında xalqlarımız arasında olan tarixi dostluq əlaqələrinin danılmaz rolu olduğunu bildirib: "Azərbaycan və Gürcüstan beynəlxalq hüquq norma və prinsiplərinə vəBMTNizamnaməsinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.”

O, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar barədə həmkarına məlumat verdiyini deyib: "Mən həmkarımı Ermənistan-Azərbaycan münaqişələrinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumatlandırdım. Azərbaycan münaqişənin həlli və bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsindəATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilməyən, qeyri-davamlı sayılan mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır. Münaqişənin həllində irəliləyişə nail olmaq üçünBMTTəhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasını təmin edir. Azərbaycana qarşı yürütdüyü destruktiv işğalçı siyasətin nəticəsidir ki, Ermənistan bu gün bütün regional layihələrdən kənarda qalıb. Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”.
banner

Oxşar Xəbərlər