• cümə axşamı, 28 mart, 13:30
  • Baku Bakı 16°C

Elmar Məmmədyarov Moskvaya gedir

07.04.16 18:52 717
Elmar Məmmədyarov Moskvaya gedir
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək.
APA-nın məlumatına görə, o, sabah Moskvada keçiriləcək MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.
Görüşün gündəliyinə MDB ölkələrinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin müzakirəsi daxildir. Nazirlər MDB-nin 2015-ci il üçün çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planının reallaşdırılmasını müzakirə edəcək və 2016-cı il üçün analoji plan təyin edəcəklər.
banner

Oxşar Xəbərlər