Elmar Məmmədyarov Moskvaya gedib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də (bu gün) Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün Moskvaya yola düşüb.
XİN mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
XİN mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.